İcbari Sığorta Bürosunun yeni iştirakçı sığortaçısı Yaşıl Kart sığortaçılarının Reyestrinə daxil edildi. Bu sığorta şirkəti "Günay Sığorta" ASC-dir. Qeyd edək ki, “Günay Sığorta” ASC 25 avqust 2016-cı il tarixində Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların Reyestrinə daxil edilmişdir.
Qeyd edək ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş 28 noyabr 2014-cü il tarixli dəyişikliklərə əsasən, Qanuna Azərbaycanın Yaşıl Kart sisteminə qoşulması ilə bağlı yeni müddəalar əlavə edilmişdir. Bu dəyişikliklərə əsasən 2016-cı il yanvarın 1-dən etibarən Yaşıl Kart Sisteminin Azərbaycanda tətbiqi nəzərdə tutulurdu.
Yaşıl Kart sistemi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir. Bu sistemə əsasən “Yaşıl Kart” haqqında Sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin Sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hal-hazırda sistemə 48 ölkə üzvdür.Qeyd edək ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş 28 noyabr 2014-cü il tarixli dəyişikliklərə əsasən, Qanuna Azərbaycanın Yaşıl Kart sisteminə qoşulması ilə bağlı yeni müddəalar əlavə edilmişdir. Bu dəyişikliklərə əsasən 2016-cı il yanvarın 1-dən etibarən Yaşıl Kart Sisteminin Azərbaycanda tətbiqi nəzərdə tutulurdu.
Sistemin əsas məqsədi onun üzvü olan istənilən ölkəyə səfər edən xarici avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin onların mənsub olduğu ölkənin milli qanunvericiliyə uyğun qaydada sığortalanması ilə səyahət etdikləri ölkələrdə törətdikləri yol-nəqliyyat hadisələri nəticəsində vurduqları zərərin əvəzinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyinə uyğun qaydada ödənilməsini təmin etməkdən ibarətdir.