“Goldman Sachs” İsveç Pensiya Fondu Alecta-nın ABŞ-dakı daşınmaz əmlaklarını alması barədə razılığa gəlsə də, Alecta daha sonra Blackstone ilə müqavilə bağlayıb. Bu haqda Bloomberght.com məlumat verib.
Alecta-nın ABŞ daşınmaz əmlaklarının satışında ilk qazanan tərəf Goldman Sachs olub. Lakin 1 həftəlik zaman müddətində iki tərəf arasında yaranan anlaşılmazlığa görə, Alecta ABŞ-dakı daşınmaz əmlakları Blackstone-a satmağa qərar verib. Nəticədə Blackstone Group 1.8 milyard dollarlıq müqaviləni qazanan tərəf olub.
Alecta-nın ABŞ-dakı 22 daşınmaz əmlakı pərakəndə və ofis binalarından ibarətdir. Bu məsələylə bağlı ilkin qaynaqlara əsasən, Goldman ilə Alecta arasındakı anlaşılmazlığa ABŞ-ın daşınmaz yerli əmlak ticarətindəki 6 illik yüksəlişinin ardından yavaşlaması səbəb ola bilər.
Qeyd edək ki, Goldman Sachs Alecta-nın İngiltərədəki aktivlərini alacaq. Həmin aktivlərin cəmi dəyəri 450 milyon dollardır.
bbn.az©
“Goldman Sachs” 1.8 milyard dollarlıq razılaşmanı əldən buraxıb
11:57
1 Sen 2016