Beynəlxalq Lizinq” şirkətinin İdarə Heyətinin sədri İlham Musayev vəzifəsindən azad edilib.
FED.az xəbər verir ki, onun yerinə Vüqar Bədəlov təyin edilib.
“Beynəlxalq Lizinq” 2002-ci ildə 1,26 milyon manatlıq nizamnamə kapitalı və "Joint Leasing" adı ilə fəaliyyətə başlayıb, 2016-cı ildə rebrendinq edib. Şirkət 100% “Azərbaycan Beynəlxalq Bankı”nın törəməsidir.