“Azercell Telecom” MMC mobil operatoru ili zərərlə bitirib.
FED.az bu barədə mobil operatorun 1 yanvar 2018-ci il tarixina olan hesabatına istinadən xəbər verir.
“Azercell”in ümumi aktivləri ilin əvvəli ilə müqayisədə 5,2 mln manat kiçilərək 916,35 mln. manat təşkil edib.Hesabata görə, 2016-cı il ilə meqayisdə 2017 ci ilin 4 rübünü 18,6 mln. daha çox ümumi gəlir əldə etsə də xərclərini qarşılaya bilməyib. Belə ki, “Azercell” ötən ili 19,4 mln. manat zərərlə bitirib.
Hazırda cəmi kapitalı 828,74 mln. manat həcmindədir.