Martın 31-də Gürcüstan larisinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,4943 manat təşkil edib. Bu, son 5,3 il ərzində qeydə alınan ən aşağı göstəricidir.
Eləcə də bax: "Lirənin ucuzlaşmasının manata təsiri gözlənilmir"
FED.az xəbər verir ki, bu gün larinin manata qarşı məzənnəsi cüzi artaraq 0,4974 manat təşkil etsə də, ötən günü nəzərə almasaq bu göstərici də son beş ilin minimumuna enib. Larinin bundan aşağı dəyəri sonuncu dəfə 2015-ci ilin 18 dekabr tarixində qeydə alınmışdı – 0,4385 manat.
Qeyd edək ki, son 5 ildə larinin manata qarşı məzənnəsi ən yüksək həddə 2016-cı ilin avqustun 22-də çatmışdı – 0,7179 manat.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avro 1,9929 manata, 1 türk lirəsi 0,2058 manata, 1 Rusiya rublun məzənnəsi isə 0,0225 manata yüksəlib.
Xatırladaq ki, Gürcüstan Milli Bankının rəsmi məzənnəsinə görə, hazırda 1 manat 2,0254 lariyə bərabərdir. (Apa)