Azərbaycanın mikromaliyyələşmə sektorunda vəziyyət sabitləşməyə başlayıb. Bu barədə FED.az-a Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Calə Hacıyeva bildirib. Onun sözlərinə görə, vəziyyətin müsbətləşməsi özünü ilk növbədə kreditlərin qaytarılmasında göstərir: «Əvvəllər kreditlərin qaytarılmasında vəziyyət pis idi. İndi isə iş adamları yenidən kredit götürməyə və bunun üçün isə kreditlərini qaytarmağa başlayıblar. Bir-iki il bundan əvvəllə müqayisədə indii vəziyyət yaxşıdır. Məsələn, ötən il 30 gündən artıq uzadılan kreditlərin həcmi 50-60% olduğu halda, hazırda bu rəqəm 30-40%-ə düşüb».
Kreditlərin qaytarılması xarici investorların vəsaitlərinin qaytarılmasına da imkan verib: «Xarici investorların vəsaitləri də qaytarılmağa başlayıb. Doğrudur onlar hələlik yeni vəsaitlər ayırmağa başlamayıblar. Amma artıq maraqlanırlar».
«Qaytarılmayan kreditlər 30-40%-ə çatır» - AÇIQLAMA
12:25
15 Mart 2018