3-cü rübün nəticələrinin açıqlanması ərəfəsində birjada «Facebook» sosial şəbəkəsinin səhmləri rekord həddə bahalaşıb.
FED.az xəbər verir ki, noyabrın 1-də dərs olunması gözlənidən hesabatdan əvvəl birgada şəbəkənin səhmləri 1,28% bahalaşaraq 180,7 dollara çatıb. Uo¬ll-strit analitikləri gözləyir ki, şirkət azı 9,842 mlrd. dollarlıq mənfəət açıqlayacaq. «Bloomberg»in sorğu apardığı 47 analitikdən 43-ü onun səhmlərini almağı, yalnız 2-si satmağı məshələt görüb.
Xatırladaq ki, ötən həftə «Microsoft», «Amazon», «Alphabet» (Google-nin sahibidir) və «Intel» də hesabatlarını açıqlayıblar. Onların hamasının artımı analitiklərin gözlədiyindən artıq olub.
«Facebook»un səhmləri rekord həddə bahalaşıb
11:24
31 Okt 2017