Azərbaycan Mərkəzi Bankı ilk dəfə biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsü barədə məlumat açıqlayıb.
Azərbaycanda kreditlər əsasən hansı biznesə verilir? – AMB ilk dəfə siyahı açıqladı
FED.az xəbər verir ki, iyun ayında may ayının sonu ilə müqayisədə bankların biznes kreditləri portfeli 479,7 milyon manat artaraq 11 milyard 650,5 milyon manata çatıb.
Biznes kreditlərinin 45,6%-i və ya 5 milyard 312,9 manatı iri sahibkarlığa, 21,1%-i və ya 2 milyard 451,6 milyon manatı orta sahibkarlığa, 15%-i və ya 1 milyard 751,2 milyon manatı kiçik sahibkarlığa, 18,3%-i və ya 2 milyard 134,7 milyon manatı mikro sahibkarlığa verilib.
Biznes kredilərinin 33,3%-i və ya 3 milyard 885,9 milyon manatı kiçik və orta sahibkarların banklara olan borcudur. (Marja)