Azərbaycanda kredit təşkilatlarının biznesə verdiyi kreditlərin həcmi son ayda 4.3 faiz, ilin əvvəlindən isə 7.3 faiz artımla 11 mlrd. 650.5 mln. manata yüksəlib.
“Bank Respublika” sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə - LİDERLİYİNİ QORUYUB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın 30 iyun 2023-cü il tarixinə təqdim etdiyi aylıq icmal göstəricilərində bildirilir.
Biznesə verilən kreditlərin cəmi 986.3 mln. manatı dövlət fondları tərəfindən verilən kreditlər təşkil edib.
Ümumi biznes krediti portfelinin 475.4 mln. manatı və ya 4.1 faizi qeyri-işlək kreditlər olub.
Bununla belə, AMB tarixdə ilk dəfə olaraq niznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsü barədə məlumat təqdim edib. Məlum olub ki, kreditlərin 5 mlrd. 312.9 mln. manatı iri sahibkarlara, 2 mlrd. 451.7 mln. manatı orta sahibkaralara, 1 mlrd. 751.2 mln. manatı kiçik sahibkarlara və 2 mlrd. 134.7 mln. manatı isə mikro sahibkarlara verilib.
Qeyd edək ki, sahibkarlıq subyektlərinin bölgüsünün statistikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarına uyğun olaraq aparılıb.
Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü MEYARLARI
Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyaları | İşçilərinin orta siyahı sayı
(nəfər) |
İllik gəliri (ig)
(min manat) |
Mikro sahibkar | 1 – 10 | ig ≤ 200 |
Kiçik sahibkar | 11 – 50 | 200 < ig ≤ 3 000 |
Orta sahibkar | 51 – 250 | 3 000 < ig ≤ 30 000 |
İri sahibkar | 251 və ondan yuxarı | 30 000 < ig |