İngiltərə Mərkəzi Bankı (BOE ) inflyasiyanın aşağı düşməsi və tənəzzül qorxularının artması fonunda son 30 ildən çox müddət ərzində özünün ən aqressiv sərt pul siyasəti dövrünə fasilə verib.
Neft gəlirləri azalır - 2024-də qeyri-neft gəlirləri daha çox olacaq - İLK DƏFƏ, AÇIQLANDI
FED.az xəbər verir ki, BOE uçot dərəcəsini 5,25 faiz səviyyəsində dəyişməz saxlayıb.
Bloomberg sorğusuna qatılan iqtisadçıların gözləntiləri faiz dərəcəsinin 5,50 faizə yüksələcəyi idi.
Pul Siyasəti Komitəsinin beş üzvü uçot dərəcəsinin dəyişməz qalmasına səs versə də, dörd üzv faiz dərəcələrinin 5,5 faizə qaldırılmasını istəyib. Səsvermə hüququna malik olan sədr Endryu Beyli faiz dərəcələrini sabit saxlamağa üstünlük verib.
Ölkədə faiz dərəcəsinin 0,1 faiz olduğu 2021-ci ilin dekabrından başlayan sərtləşdirmə dövründə uçot dərəcəsi ardıcıl 14 dəfə artırılıb.
Bununla belə, BOE bunun fasilədə olduğunu və 2 faizlik hədəfdən xeyli yuxarı olan inflyasiyanın gözlənildiyi kimi düşməyəcəyi təqdirdə müdaxilə edəcəyini bildirib. Bank istehlak inflyasiyasının 2025-ci ilin ikinci rübündə hədəfə çatacağını təxmin edir.
BOE yazılı açıqlamasında, "İnflyasiyanın son aylarda çox aşağı düşdüyünü və bunun davam edəcəyini düşünürük. Bu yaxşı xəbərdir. İnflyasiyanın normala dönməsinə əmin olmalıyıq. Bunun üçün lazımi qərarları qəbul etməyə davam edəcəyik”,- deyilir. (Marja)