Azərbaycanda ikinci vençur fondunun yaradılması ilə bağlı aktiv iş gedir.
"15 startapa 1 milyon dollar vəsait ayrılıb"
FED.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva Fintex Sammitində çıxışı zamanı deyib.
O qeyd edib ki, bununla belə, vencur investisiyaları üçün qanunvericilik əsası yaranmalıdır.
“Bu sektora investisiyaların qoyulması üçün mələk investisiya fondları da var. Artıq 3 belə Fond ölkəmizdə fəaliyyət göstərir. Mələk investor fondlarının aktivliyi ürəyimizcə olmasa da, daha aktiv olmalarını gözləyirik. Hazırda bizim əhatə etdiyimiz startapların 30-35%-i fintex sahəsindədir. Bu da, təəcüblü deyil. Çünki indi ən aktiv sahə maliyyə sektorudur” - İnarə Vəliyeva əlavə edib. (Apa)