Hazırda İRİA nəznində 2 texnopark fəaliyyət göstərir. Ötən il ərzində 200-dən çox yerli şirkət texnoparkdan kənar fəaliyyət üçün müraciət edib.
Azərbaycanda startaplara dəstək üçün eyniləşdirmə fondu yaradılacaq
FED.az xəbər verir ki,bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnnovasiya ekosistemi departamentinin müdiri Yevgeniya Bikmurzina İRİA-nın 2023-cü ilin yekunları və 2024-cü ilin hədəflərinə dair mətbuat konfransında deyib.
O bildirib ki, Texnoparkdan kənar fəaliyyət üçün 70 şirkət rezidentlik əldə edib.
2023-cü ildə 40-dan çox xarici şirkət Bakıya səfər edərək yerli İKT bazarı ilə tanış olub. 15 xarici şirkət Texnopark rezidenti olmaq üçün müraciət edib. Hazırda 7 xarici şirkətə rezidentliyin verilməsi üçün işlər görülür.
2024-cü ilin birinci rübü ərzində isə 11 yerli şirkət rezidentlik əldə edib.
1-ci rübün sonuna kimi əlavə olaraq 4 yerli və 2 xarici şirkətin qeydiyyat şəhadətnaməsini əldə etməsi gözlənilir", - deyə Y.Bikmurzina əlavə edib.
2023-cü il ərzində görülən işlərdən danışan nümayəndə bildirib ki, "Caucasus Ventures" fondunun investisiyaları - 15 startapa 1 milyon ABŞ dollar vəsait ayrılıb. Hazırda 2 Mələk investor klubunun yaradılmasına və fəaliyyətinə dəstək göstərilib: "Technovate-Sabah Angels Club" və "LTC Angels Network"dur.
"Technovate-Sabah" tərəfindən 109 mələk investor üçün təlim keçirilib.
"Bloom Creative Technologies" və "LTC Angels Network", İRİA və PASHA Holding-in dəstəyi ilə mələk investorlar üçün "bootcamp" keçirilib.