İranın iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd Bakıya səfər edəcək.
Bu barədə FED.az-a İranın Azərbaycandakı Səfirliyindən məlumat verilib.
Səfərdə iranlı naziri Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının üzvləri müşayiət edəcək.
Səfərin 14-15 martda baş tutacağı proqnozlaşdırılır.