Bu ilin fevral ayının yekununda Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin orta məbləği 49 500 manat təşkil edib.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvar ayının yekunu ilə müqayisədə 0,4%, ilin əvvəli ilə müqayisədə 0,8%, ötən il martın 1-nə nisbətən isə 8,3% çoxdur.
Eləcə də bax: Problemli kreditlərin həlli borcluların korlanmış kredit tarixçəsini düzəldəcəkmi?
İpoteka kreditləri üzrə əsas məbləğlə yanaşı, aylıq ödəniş də artmaqdadır. Fevralın sonuna bu rəqəm 349 manat olub ki, bu da aylıq müqayisədə 0,3%, ilin əvvəlinə nisbətən 0,6%, illik müqayisədə isə 7,1% çoxdur.
Son 1 ildə kreditlərin orta müddəti dəyişməsə də (hazırda 281 aydır), orta illik faiz dərəcəsi illik müqayisədə 0,1faiz bəndi, ilin əvvəlinə nisbətən və aylıq müqayisədə isə 0,02 faiz bəndi azalaraq 6,53%-ə düşüb.