Dünya üzrə ipoteka kreditləri üzrə faizlərin aşağı olduğu ölkələrin siyahısı açıqlanıb.
Yaponiyada ipoteka kreditləri üzrə faizlər 1,21 faiz təşkil edib. Bununla belə, Yaponiya kvadratmetrin dəyərinə görə mənzillərin ən baha olduğu ölkə hesab edilir.
İlk üçlükdə ikinci yeri İsveçrə tutur. Bu ölkədə ipoteka faizləri 1,42 faizdir. Nəhayət, ipoteka kreditləri üzrə faizlərin aşağı olduğu üçüncü ölkə Fillandiyadır - 1,53 faiz.
Nəzərə çatdıraq ki, Azərbaycanda dövlət hesabına verilən ipoteka kreditlərinin maksimal illik faiz dərəcəsi 8, güzəştli kreditləri üzrə 4 faiz təşkil edir.
Qeyd edək ki, “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil bankları cari ilin 10 ayında 900 105 152 manat ipoteka krediti verib. 20 667 borcalan olub, hər müştəri orta hesabla 43 553 manat kredit götürüb.
Adi ipoteka kreditləri üzrə maksimal məbləğ 150 000 manat, güzəştli kreditlər üzrə 100 000 manat təşkil edir.