İpoteka və Kredit Zəmanət Fondu öz istiqrazlarının qiymətini aşağı salıb. FED.az xəbər verir ki, bu barədə Bakı Fond Birjasının açıqlamasında bildirilir. Məlumatda deyilir ki, Fondun buraxdığı AZ2013008688, AZ2014008687, AZ2015008686, AZ2016008685, AZ2017008684, AZ2018008683, AZ2019008682 nömrəli istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.
İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 28 sentyabr 2018-ci il tarixində AZ2013008688, AZ2014008687, AZ2015008686, AZ2016008685, AZ2017008684, AZ2018008683, AZ2019008682 istiqrazları üzrə növbəti faiz ödənişi həyata keçirilib. Buna əsasən, 28 sentyabr 2018-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 899.96 AZN təşkil edir.
Bu o deməkdir ki, növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 899.96 AZN məbləği əsasında hesablanacaq.
Bakı Fond Birjası da investorlara xəbardarlqı edir ki, AZ2013008688, AZ2014008687, AZ2015008686, AZ2016008685, AZ2017008684, AZ2018008683, AZ2019008682 İSİN-li istiqrazları ilə ticarət edərkən nəzərə alsınlar ki, istiqrazların baza qiyməti 899.96 AZN-dir.