İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2027008682, AZ2028008681, AZ2029008680, AZ2030008687 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulmuşdur.
Eləcə də bax: SOCAR İstiqrazı sahibləri 10 milyon dollar - QAZANDILAR
İpoteka və Kredit Zəmanət Fondundan FED.az-a daxil olan məlumata əsasən, 16 oktyabr 2018-ci il tarixində AZ2027008682, AZ2028008681, AZ2029008680, AZ2030008687 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 16 oktyabr 2018-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 963, 1125 AZN təşkil edir.
Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 963,1125 AZN məbləği əsasında hesablanacaq.
Bakı Fond Birjasında AZ2027008682, AZ2028008681, AZ2029008680, AZ2030008687 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 963, 1125 AZN olması nəzərə alınmalıdır.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.