2018-ci il yanvarın 1-dən etibarən fiziki şəxslərin qiymətli kağızlara yatırılan investisiyalardan vergi tutulmayacaq. FED.az xəbər verir ki, bu barədə investisiya şirkətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 1-dən banklar və bank olmayan kredit təşkilatları satılan dövlət istiqrazları və Mərkəzi Bankın notları üzrə investisiyalardan əldə olunacaq faiz gəlirlərinə görə ilk mənbədən vergi tutmayacaqlar. Belə ki, ödəniş tarixində investisiya məbləği və toplanmış faiz gəlirləri birlikdə bank hesablarına ödəniləcək.
Qeyd edək ki, əvvəllər də bu əməliyyatlar üçün mənbədən vergi tutulmurdu. Ancaq son 2 ildə banklar bu investisiyalar üzrə gəlirlərdən 10% məbləğində ilk mənbədən vergi tutaraq qalıq məbləği bank hesablarına köçürürdülər.
Yenidən bu məsələ gündəmə gəlib və bu əməliyyatlardan mənbədən vergi tutulmaması qərara alınıb. Ancaq dövlət qiymətli kağızlarına görə digər hüquqi şəxslərdən və xarici investorlardan ilk mənbədən vergi tutulacaq.
İnvestorlar 10%-lik vergidən azad edildi
12:10
12 Yan 2018