“İnvestAZ İnvestisiya Şirkəti” QSC 2017-ci ili 340 min 812 manat xalis mənfəətlə başa vurub
FED.az şirkətin audit hesabatına istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə 2017-də “İnvestAZ”ın cəmi gəlirləri 19% artıb. 2016-cı ildə 2 milyon 405 min manat olmuş cəmi gəlirlər 2017-ci ildə 2 milyon 859 min manata yüksəlib. Likvidliyin təminatı xidmətləri üzrə komissiya gəlirləri 1 milyon 198 min manatdan 2 milyon 747 min manata qalxıb.
Ötən il “İnvestAZ”ın xərcləri də artıb. 2016-cı ildə cəmi xərclər 1 milyon 401 min ikən, 2017-ci ildə 2 milyon 7 min manata yüksəlib. Şirkətin işçilər, vergi və reklam üzrə xərcləri daha çox artıb. Xərclər artdığından “İnvestAZ”ın əməliyyat mənfəəti də azalıb.
Cəmi gəlirlərdən cəmi xərclər çıxıldıqdan sonra, ötən il 852 min manatlıq əməliyyat mənfəətinin 360 min 407 manatını məzənnə fərqi üzrə yaranmış zərər silib. 530 min manat vergidən əvvəlki mənfəətdən 189 min 248 manat mənfəət vergisi ödənilib.
Qeyd edək ki, “İnvestAZ” 2016-cı ili 533 min 561 manat xalis mənfəətlə bağlamışdı.
“İnvestAZ” 800 min manat nizamnamə kapitalına malikdir.
marja.az