90-cı illərdə ABŞ hökumətindən necə ödənişsiz pul qazanıla biləcəyini anladan kitablar yazaraq məşhurlaşan amerikalı yazıçı Mathyu Lesko fevralın 20-də “CNET”-ə verdiyi açıqlamada kriptobalyutaların fırıldaqçılıq nümunəsi və Bitcoin-in “qumar” olduğunu bildirib.
ABŞ hökumətindən federal qrant əldə etmə məqsədilə öz vebsaytı, “YouTube” kanalı və tez-tez hazırladığı podkasterləri ilə tanınan Lesko bir çox insanın Blockchain və kriptovalyutalarla maraqlandığını bildirərək həmin şəxslərə rəqəmsal valyutalardan kənar durmağı məsləhət görüb.
“Ödənişsiz pul adamı”
“Siz köpəkbalığı ilə oynayırsınız. Bu bir başlanğıcdır və kimsə haraya getdiyini bilmir”, – deyərək əlavə edib.
Lesko dollardan fərqli olaraq, heç nə tərəfindən dəstəklənmədiyi və tənzimlənməmələri səbəbindən kriptovalyutaların əslində bir fırıldaqçılıq nümunəsi olduğunu söyləyib. “Əgər hər hansı tənzimlənmə yoxdursa, məhv olarsınız” fikirlərini səsləndirib.
2004-ci ildə “New York State Consumer Protection Board” (Nyu-York İstehlakçıların Müdafiəsi Cəmiyyəti) Leskonun reklam və kitablarını tənqid etmiş, oxucuların heç də “ödənişsiz pul” qazanmadığını söyləmişdi. Leskonun fikrincə, Blockchain mütəxəssisləri hazırda onun 90-cı illərdə hazırladığı qısa reklamlardakı kimi hər şeyi qabartmaqla məşğuldur.