Cümə günü, mayın 1-də 7 lirəlik psixoloji həddi keçən ABŞ dolları yeni həftə bir qədər də bahalaşıb.
FED.az xəbər verir ki, mayın 1-də 7 psixoloji səviyyəni sındıraraq 7 0401-ni sınayan dollar yeni həftəni 7,03 ətrafında yüksəlişlə məhdudlaşıb. Qeyd edək ki, indiyədək ən yüksək məzənnə 2018-in avqustunda 7,24 olmuşdu.
Dolları bu dəfə bahalaşdıran əsas səbəb aprel ayı üçün daxili inflyasiya məlumatlarının proqnozlardan bir qədər yüksək olması idi. Nəticədə lirə ilin əvvəlindən bəri dollar qarşısında 15 faiz dəyər itirib.