1992-2023-cü illərdə Azərbaycanda Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə sahibkarlara 2,8 milyard manat ümumi məbləğdə güzəştli kredit verilib.
Ötən il 2710 layihəyə 104 milyon manatdan çox - GÜZƏŞTLİ KREDİT VERİLİB
FED.az xəbər verir ki, “Həmçinin, indiyədək fondun xətti ilə 42,8 min sahibkara güzəştli kreditlər verilib”, - Fonddan bildiriblər.
Maliyyələşdirilmiş layihələrin ümumi dəyəri 6,7 milyard manat həcmində qiymətləndirilir.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 milyon manatadək və 10 il müddətinə 1 milyon manatdan 10 milyon manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.