Azərbaycanın bank sektoru 2022-ci ilin yanvar-fevral dövrünü 107,7 milyon manat xalis mənfəət ilə başa vurub.
Eləcə də bax: Biznes kreditləri portfelinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (01.01.2022)
FED.az Mərkəzi banka istinadən xəbər verir ki, sektroun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 34,6 milyon manat və ya 47,3% artıb.
Bank sektoru 2021-ci ilin yanvar-fevral dövrünü 73,1 milyon manat xalis mənfəət ilə bağlamışdı. (Marja)