Azərbaycan iqtisadiyyatı təbii sərvətlərə əsaslansa da, indi əsas hədəf diversifikasiyadır.
Manatın effektiv məzənnələri idxalı sərfəli - İxracı Sərfəsiz Etməkdədir
FED.az xəbər verir ki, bunu mayın 22-də Vilnüsdə Litva-Azərbaycan Biznes Forumunun açılışında Prezident İlham Əliyev bildirib.
“Düşünürəm ki, biz iqtisadiyyatımızı geniş şəkildə şaxələndirə və enerji sektorundan asılılığı azalda biləcəyik, baxmayaraq ki, enerji sektoru bizim enerji təhlükəsizliyimiz üçün, Avropanın enerji təhlükəsizliyi üçün vacib rol oynamağa davam edəcək”, - dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın sabit milli valyutası var və bu belə qalacaq: “Bizim çox aşağı xarici borcumuz var, bu bizim ümumdaxili məhsulumuzun 10 faizindən azdır. Bizim stabil milli valyutamız var, 10 ildən çoxdur ki, stabildir və əminəm ki, stabil olaraq qalacaq. Çünki bizim beynəlxalq ticarət dövriyyəmizdə nəzərəçarpan müsbət saldo var və Dövlət Neft Fondumuzda və Milli Bank rezervlərimizdə topladığımız valyuta ehtiyatlarımız bizim xarici borcumuzdan 10 dəfə çoxdur. Beləliklə, bizim iqtisadiyyatımızın stabilliyi regional iqtisadi əməkdaşlıq və investisiya mühiti üçün vacib faktordur”. (Apa)