"İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. Ümumilikdə, ilin əvvəlindən manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 3.5%, real effektiv məzənnəsi isə 2.7% möhkəmlənmişdir. Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir etmişdir".
Azərbaycana daxil olan pul baratları - 1,8 DƏFƏ ARTIB
FED.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.
Qeyd edilib ki, Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiya idxalını məhdudlaşdıran başlıca amillərdən biri kimi çıxış etmişdir.
Effektiv valyuta məzənnəsi - müəyyən ölkənin valyutasının ticarət və kapitalın hərəkəti üzrə əsas tərəfdaş ölkələrinin valyutalarının daxil olduğu valyuta səbətinə nəzərən hesablanmış orta çəkili məzənnəsidir. Effektiv valyuta məzənnəsi göstərilən səbətə daxil olan valyutalarla ikitərəfli məzənnələrinin müvafiq ölkələrin ticarət və kapitalın hərəkəti üzrə dövriyyəsində malik olduğu paya uyğun orta çəkili indeksi kimi hesabanır.
Əgər real valyuta məzənnəsi artırsa, onda bu yerli məhsulların xarici məhsullarla müqayisədə daha baha, xarici məhsulların isə daha ucuz olmasına gətirib çıxarır. Əgər real valyuta məzənnəsi azalarsa, onda bu yerli məhsulların xarici məhsullarla müqayisədə daha ucuz, xarici məhsulların isə daha baha olmasına gətirib çıxarır.