Bu ilin aprelin 1-dən keçirilməsi planlaşdırılan 34 hərracdan yalnız 23-ü baş tutub və həmin hərraclarda ümumilikdə 303 milyon ABŞ dolları satılıb.
AMB: 6 ayda nağd xarici valyutanın alışı satışını 482 milyon dollar üstələyib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, mövcud şəraitdə Mərkəzi Bank valyuta bazarında alışyönlü müdaxilə həyata keçirib:
"Ehtiyatların səmərəli idarə olunması və alışyönlü müdaxilələr nəticəsində AMB-nin valyuta ehtiyatları 19,4 % və ya 2,2 milyard ABŞ dolları artaraq 13,7 milyard ABŞ dollarına yüksəlib".
"2026-cı ilin I yarısında AMB hərraclar vasitəsilə 757 milyon ABŞ dolları satıb. Bu göstərici 2025-ci ilin eyni dövründə 2,7 milyard ABŞ dolları, 2024-cü ilin ilk 6 ayında isə 3,7 milyard ABŞ dolları təşkil edib. Bununla da hərraclar vasitəsilə satılan valyutanın həcmində kəskin azalma qeydə alınıb", - deyə sədr əlavə edib.














