2019-cu ilin birinci yarısında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 16 milyard 994 milyon 659 min ABŞ dolları təşkil edib.
FED.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, idxal əməliyyatları üzrə 7 milyard 15 milyon 633 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 9 milyard 979 milyon 26 min ABŞ dolları ticarət aparılıb və 2 milyard 963 milyon 393 min dollar müsbət saldo yaranıb.
Eləcə də bax:“İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi maliyyə hesabatını - AÇIQLAYIB
AYLIQ MÜQAYİSƏDƏ İXRAC VƏ İDXAL AZALIR
İyunda ixrac 1 milyard 358 milyon 136 min dollar, idxal 1 milyard 180 milyon 200 min dollar, müsbət saldo isə 177 milyon 936 min dollar təşkil edib.
Mayda ixrac 1 milyard 531 milyon 180 min dollar, idxal 1 milyard 283 milyon 871 min dollar, müsbət saldo isə 247 milyon 308 min dollar təşkil etmişdi.
Aprel ayı ilə müqayisədə May ayında da Azərbaycanın ixracı və idxalı azalmışdı.