Prezident İlham Əliyev İctimai və sosial məqsədlər üçün yaradılmış fondların siyahısının təsdiq edilməsi haqqında Fərman imzaalayıb
İlham Əliyev: "Azərbaycanın milli valyutası stabil qalacaq"
FED.az xəbər verir ki, fərmanda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 677-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
“İctimai və sosial məqsədlər üçün yaradılmış fondların siyahısı” təsdiq edilsin (əlavə olunur).
***
İctimai və sosial məqsədlər üçün yaradılmış fondların SİYAHISI
Azərbaycan Respublikası Prezidentinin
2023-cü il 23 may tarixli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
1. Heydər Əliyev Fondu
2. Qarabağ Dirçəliş Fondu
3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu).