2021-ci ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2 milyard 320,6 milyon manat, xərcləri isə 1 milyard 231,9 milyon manat təşkil edib.
Eləcə də bax: Maliyyə Nazirliyi dövlət büdcəsilə bağlı məlumatları - Açıqladı
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvarı ilə müqayisədə büdcənin gəlirləri 499 milyon manat və ya 27,4% artıb. Büdcə xərcləri isə 178 milyon manat və ya 12,2% azalıb.
Nəticədə yanvar ayının sonunda büdcədə 1 milyard 88,7 milyon manat artıq vəsait toplanıb.
Xatırladaq ki, 2020-ci ilin sonunda büdcədə 1 milyard 744 milyon manat kəsir vardı.