Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iyul ayının 7-dən 9-dək Türkiyədə səfərdə olub.
FED.az xəbər verir ki, Azərbaycanın Hesablama Palatası ilə Türkiyənin Hesablama Məhkəməsi arasında 2005-ci il tarixində imzalanmış əməkdaşlıq haqqında ikitərəfli Saziş çərçivəsində təcrübə mübadiləsinin aparılması, eləcə də hər iki təşkilatın gələcəkdə birgə fəaliyyətinin prioritet istiqamətlərinin müəyyən edilməsi məqsədini daşıyan səfər zamanı qurumlar arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi məsələləri müzakirə edilib.