Hesablama Palatası ötən il 3 dövlət qurumunda apardığı yoxlamanın nəticələrini Baş Prokurorluğa göndərib.
Yoxlamalar zamanı uyğunluq elementləri üzrə 584,8 milyon manat pozuntu üzə çıxarılıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə "Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat"da bildirilir.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.
Hesabata əsasən, 2025-ci ildəki audit nəticələri əsasında hüquqi tədbirlər də görülüb. Ümumi məbləği 0,8 milyon manat olan vəsait üzrə araşdırma aparılıb. Eyni zamanda, 2 audit üzrə araşdırmalar davam etdirilir.













