Hesablama Palatasının növbəti kollegiya iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında", "Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihələrinə Hesablama Palatasının rəyləri müzakirə edilib.
Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclas iştirakçıları rəylər barədə fikir və təkliflərini bildiriblər. Qanun layihələrinin Azərbaycan Respublikasının Milli Məclisində müzakirəsinin tövsiyə edilməsi ilə bağlı kollegiya qərarları qəbul olunub.