2020-ci ildı Dövlət Neft Fondunun (ARDNF) gəlir və xərc hesabatları üzrə büdcə xərclərinin büdcə gəlirlərini üstələməsi cari hesablarda daha böyük vəsaitin saxlanılmasına səbəb olub.
Eləcə də bax: Neft Fondu bu il valyuta satışını - 37% Azaldıb
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-in 2020-ci il üzrə büdcəsinin icrasına verdiyi rəydə bildirilir.
Palata həmçinin bəyan edib ki, hesabat ilində ABŞ dolları ilə cari hesablardakı vəsaitlər 2020-ci il İnvestisiya siyasətində valyuta bölgüsü hədlərinə edilmiş dəyişiklik əsasında avroda emissiya edilmiş istiqrazlarının satılması və ABŞ dollarındakı istiqrazların bitməsi ilə əsas məbləğlərin geri qaytarılması nəticəsində formalaşıb. (Report)