2019-cü ilin dövlət büdcəsində vergi və gömtük orqanları tərəfindən toplanan hər 100 manat üçün vergi orqanlarına 3,1 manat, gömrük xidmətinə isfə 3,8 manat xərc çəkiləcək. FED.az xəbər verir ki, bu rəqəmlər dünən Milli Məclisin komitələrinin iclasında 2019-cu ilin dövlət büdcəsinin müzakirəsi zamanı səslənib.
Müzakirələrdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, palatanın apardığı hesablamalar göstərib ki, növbəti ildə 100,0 min manat məbləğində büdcə gəlirinin yığımına Vergilər Nazirliyinin xərcləri 3,1 min manat, Gömrük Komitəsinin xərcləri isə 3,8 min manat məbləğində təşkil edəcək.
Palata rəhbəri onu da qeyd edib ki, vergi və gömrük tərəfindən yığım xərcləri yığılan məbləğdən daha sürətlə artıb: «Yığımın artım tempi ilə müqayisədə həmin yığımı təmin edən inzibati sistemlərin xərclərinə sərf olunan maliyyə resurslarının artım tempinin daha yüksək olduğunu, büdcə gəlirlərinin yığılmasına hər iki qurum üzrə xərclərin artımla proqnozlaşdırıldığını qeyd etmək olar».