“Sahibkarlığın İnkişafı Fonduna kredit üçün müraciət edənlərdə biznes planların hazırlanmasında və yaxud sənədəşmədə problemlər yaşanır".
Eləcə də bax: Azərbaycanda sahibkarlara bu il veriləcək güzəştli kreditlərin həcmi - Açıqlanıb
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfli sahibkarlara kreditlərin verilməsi prosesində imtina hallarının hansı səbəblərə görə yaşanmasına cavab verərəkən deyib.
O bildirib ki, bəzən də müraciət edənlər tərəfindən verilən məlumatlarda uyğunsuzluq olur: “Ötən il güzəştli kreditlərlə bağlı müraciətlərin 83 %-inə Fond tərəfindən müsbət cavab verilib. Dövlət zəmanəti üzrə yeni biznes kreditlərin verilməsi ilə bağlı isə müraciət edənlərin 13 %-inə Fond tərəfindən zəmanət verilib". (Report)