"Google" ofşorlar vasitəsilə vergilərdən 23 milyard dollar yayındırıb.
FED.az xəbər verir ki, "Google" korporasiyası törəmə "Google Netherlands Holdings BV" şirkəti vasitəsilə 22,7 milyard dollar vəsaiti vergidən yayındırıb. Hollandiyanın Ticarət Palatasının açıqladığı sənədlərə əsasən Google, 2017-ci ildə Hollandiya şirkəti vasitəsilə Bermud şirkətinə 19,9 milyard avro (22,7 milyard dollar) köçürüb.
Eləcə də bax: Avstriyada Google ve Facebook-dan vergi tutulacaq
"Reuters" xəbər verir ki, gəlirlər brenddən istifadə lisenziyasının satışından əldə olunub.
Agentliyin verdiyi məlumata görə, şirkət göstərilən məbləği Niderlanddakı törəmə şirkəti vasitəsilə Bermud adalarına, ardından isə İrlandiyada qeydə alınmış digər törəmə şirkətinin - "Google İreland Holdings" hesabına köçürüb.
Amma şirkət bu iddiaları qəbul etməyib.
"Biz bütün vergiləri ödəyirik və dünyada fəaliyyət göstərən hər bir ölkədə vergi qanunlarına əməl edirik", - deyə məlumatda deyilir. "Google, digər çoxmillətli şirkətlər kimi, öz ölkəsində korporativ gəlir vergisinin böyük əksəriyyətini ödəyir və biz son on il ərzində 26 faiz qlobal effektiv vergi dərəcəsini ödəmişik."
Qeyd edək ki, Niderlandiyadakı törəmə müəssisə, ABŞ-dan kənarda qazanan royaltilərdən Bermuda yerləşən Google İrlandiya Holdings şirkətinə gəlir gətirmək üçün istifadə olunur, burada şirkətlər gəlir vergisi ödəmirlər. Lakin, Avropa İttifaqı və Birləşmiş Ştatların təzyiqi ilə 2014-cü ildə İrlandiya 2020-ci ildə Google-un vergi üstünlüyünə son qoyaraq, tənzimləməni ləğv etməyə qərar verdi.