Dövlət Gömrük Komitəsinin rəhbərliyi dəyişəndən sonra 64-ə yaxın gömrük əməkdaşı komitədə tutduğu vəzifədən azad olunub. FED.az xəbər verir ki, bu barəjə Dövlət Gömrük Komitəsinin rəisi Səfər Mehtiev bildirib.
Sədrin sözlərinə görə, eyni zamanda 400-dən artıq əməkdaşın rotasiya qaydasına yeri dəyişdirilib. Əvəzində 208 yeni gömrük işçisi işə götürülüb.
S.Mehtiyev bildirib ki, kadr dəyişiklikləri bundan sonra da olacaq və gömrük əməkdaşının bir yerdə uzun müddət fəaliyyət göstərməsi risklərin idarə olunması baxımından mümkün deyil:
«Biz hesab edirik ki, tutduğu vəzifədən asılı olmayaraq gömrük əməkdaşları mütəmadi olaraq yerləri dəyişdirilməlidir. Sahibkar- gömrük məmuru arasındakı qarşılıqlı münasibətlər qurulmadan və gizli sövdələşmələr baş vermədən biz bu risklərin qarşısını almalıyıq».