2024-cü il dövlət büdcəsinin əsas bölmələrə aid edilməyən xərclər üzrə 1 milyard 392,7 milyon manat vəsait nəzərdə tutulub.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
Bu da 2023-cü illə müqayisədə 237,3 milyon manat və ya 20,5 faiz çoxdur.
Əvvəlcədən dövlət büdcəsində nəzərdə tutulmayan bir sıra zəruri xərclərin maliyyələşdirilməsi məqsədilə 2024-cü il dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu üçün 300,0 milyon manat, dövlət büdcəsinin ehtiyat fondu üçün 110,0 milyon manat, cəm olaraq 410,0 milyon manat məbləğində vəsait nəzərdə tutulub.