“Əsas məqsədimiz gələn həftədən dəstək tədbirlərinə başlamaqdır”.
FED.az xəbər verir ki, bunu “Diqlas”ın yanması nəticəsində zərər çəkmiş sahibkarlar ilə görüşdə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
“Sizinlə bugün, şənbə və bazar günləri də İşçi Qrupu çalışacaqdır. Biz düşünürük ki, artıq gələn həftə ilkin nəticələrə əsasən dəstək tədbirlərinə başlayaq. Məqsədimiz budur. Siz də məlumatlarınızı və sənədlərinizi dəqiq təqdim etməlisiniz”,- nazir deyib.
Şahin Mustafayev əlavə edib ki, artıq Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq vəsait ayrılıb.
Qeyd edək ki, bu gün sahibkarlara anketlər təqdim edilib. Sahibkarlar anketlərdəki suallara cavab verərək İşçi qrupuna təqdim etməlidirlər.
Eləcə də bax: “Diqlas”dakı sahibkarlara güzəştli kreditin hansı faizlə veriləcəyi - AÇIQLANDI
©Marja