Yuxarıya istiqamətlənmiş korreksiyalı hərəkət sözügedən valyuta cütündə başa çatdığına görə artıq qısamüddətli mövqelərə keçmək olar.
Birincisi, kredit bazarlarında Britaniyanın 10-illik dövlət istiqrazlarının gəlirliliyi onların ABŞ və Almaniya analoqları ilə müqayisədə aşağı düşür. Bu isə britan aktivlərinə olan investisiya maraqlarını azaldır.
İkincisi,Səudiyyə Ərəbistanının energetika nazirinin Əlcəzairdəki görüşdə neft hasilatı səviyyəsinin aşağı salınmayacağı barədə məsələnin müzakirə edilməyəcəyi ilə bağlı etdiyi çıxışından sonra qara qızıl sürətlə satılmağa başlandı. Qeyd edək ki, ən son halda sammit iştirakçıları sadəcə cari hasilat səviyyəsinin dondurulması qərarına gəlib çıxa bilərlər. Habelə, bazarın bir çox iştirakçıları heç belə gedişatın baş verəcəyinə inanmır və artıq bəyan edirlər ki, bu məsələ 30 noyabr tarixində Vyanada keçiriləcək OPEK sammitində qaldırılmalıdır.
Bugün Əlcəzairdə keçirilən Beynəlxalq energetika forumunun son günüdür və OPEK+dəki qeyri-rəsmi görüşün rəsmi press-relizi alınacaqdır.
Analitiklərin fikrincə, bugün heç bir qərar qəbul edilməyəcək və Brent ilə WTI markalı neftin satışının yeni dalğasını müşahidə etmək mümkün olacaqdır. Neft amerikan valyutası ilə qiymətləndirildiyinə görə bu hal dolların qiymətinə müsbət təsir göstərəcəkdir.
Bu baxımdan gün ərzində kotirovkaların 1,3010/1,3040 səviyyəsində qalxması fonunda "Sell" mövqeyi açmaq və gəliri 1,2950 səviyyəsində möhkəmləndirmək tövsiyyə olunur.
freshforex.org©