Bugün korreksiyalı hərəkətin ikinci dalğasını gözləmək olar. Bunun iki səbəbi vardır.
Birincisi, kredit bazarlarında Britaniyanın 10-illik dövlət istiqrazlarının gəlirliliyində onların ABŞ və Almaniya analoqları ilə müqayisədə artım müşahidə olunur. Bu isə öz növbəsində britan aktivlərinin investisiya imkanlarını artırır və nəticədə, funt sterlinqə olan tələbat dəstəklənir.
İkincisi, amerika ticarət sessiyasının ən qızğın vaxtında CB-dən istehlakçı fəallığına dair nisbətən mənfi hesabatın çıxmasını gözləmək olar. İstehlakçı əminliyinə dair Amerikada iki göstərici (yəni Conference Board və Miçiqan Universiteti) mövcuddur və bunlar da bir-birilə sıx əlaqədardırlar. Qeyd edək ki, son göstərici artıq 3 aydır ki, neqativ dinamika nümayiş etdirir və bununla əlaqədar bugün müsbət nəticələrin çıxacağına ümid etmək çətindir. Beləliklə, dollar London ticarət sessiyasının bağlanmasına qədər təzyiqə məruz qala bilər.
Bu baxımdan gün ərzində kotirovkaların 1,2960/1,2930 səviyyəsində düşməsi fonunda "Buy" mövqeyi açmaq və gəliri 1,3005 səviyyəsində möhkəmləndirmək tövsiyyə olunur.
freshforex.org©
Funt üçün müsbət mənzərə formalaşır
11:11
27 Sen 2016