Funt sterlinq "sərt" Brexit təhlükəsi üzündən son vaxtlar heç olmadığı qədər aşağı düşmüşdür.
Funt sterlinq bugün aşağı düşərək 31 illik minimumuna çatmışdır. Bu proses təsir edən qüvvə isə Böyük Britaniyanın Aİ-dən "sərt" şəkildə çıxması ilə bağlı təhlükə satışlara təhrik etmiş və bununla da funt valyutasının növbəti dəfə aşağı düşməsinə səbəb olmuşdur.
Qeyd edək ki, əvvəllər funt bəzi ticarət birjalarında birdən-birə $1,2600-dan $1,1378-ə düşərək təxminən 10% dəyərini itirdi. Bu hadisə cümə günü cəmi bir neçə saniyə ərzində baş verdi.
Funt sterlinq tez bir zamanda təxminən $1,2500-dək qalxıb öz mövqeyini bərpa etdi. Bir neçə dəfə qalxıb-düşdükdən sonra isə Bakı vaxtı ilə 9:24-də $1,2445 qiymətində dayandı. Bu isə əvvəlki bağlanış sessiyasından 1.35% aşağıdır.
İnvestorlar Britaniyanın Aİ-dən vəd edilən çıxış gözləntilərindən artıq çox yorulmuşlar və ölkə sərhədləri üzərində tam nəzarətə sahib olmaqdan ötrü onlar ümumi bazarın tam istifadəsindən imtina kimi bir çox riskləri gözə alırlar.
Bazar iştirakçıları deyirlər ki, funtun düşməsi bazarda aşağı likvidliyə təsir edəcək və bu fonda stop-losslar işə düşəcəkdir.
Fransa prezidenti Fransua Olland dünən bildirdi ki, Aİ Britaniyaya qarşı sərt mövqeyini qoruyub saxlamalıdır. Bu mövqe ölkənin baş naziri Tereza Meyin ittifaqdan çıxmanın ən ağır yolunu seçməsindən sonra güclənmişdir.
Britaniya məzənnəsi bu həftə 1980-ci ilin ortalarından bəri öz minimumunu saxlamış və həftə ərzində Brexit nəticələrinə dair qorxular fonunda 4.2% həftəlik azalma nümayiş etdirmişdi.
"Ölkənin ittifaqdan çıxışı ilə bağlı siyasi və iqtisadi nəticələrin qeyri-müəyyənliyini nəzərə alaraq, funt yəqin ki, düşməyə davam edəcək" deyə analitiklər bildirmişdir.
investing.com©