Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings" Türkiyənin kredit reytinqini "BB+"dan "BB"yə endirib, proqnozunu isə "sabit"dən "mənfi"yə dəyişib.
FED.az-ın məlumatına görə, "Fitch"dən verilən açıqlamada qeyd edilib ki, kredit reytinqi və proqnozuna dair qərar verilən zaman, "Türkiyə hakimiyyətinin seçkidən sonra iqtisadi siyasət gündəliyi, inflyasiya və maliyyə siyasətləri, struktur islahatlara baxışı və mərkəzi bankın müstəqilliyi" müzakirə edilib.
"Fitch" hesab edir ki, inflyasiyanın aşağı düşməsi, pul siyasətində müstəqillik və iqtisadi artımın mövcud sürətdə davam etməsi qeyri-müəyyəndir.
Digər tərəfdən, dövlət borcunun aşağı olması güclü bir tərəfdir.
Həmçinin açıqlamada, Türkiyənin böyük xarici maliyyələşdirmə ehtiyacının ölkəni şoklara qarşı həssas qoyduğuna diqqət çəkilib.
"Fitch", sonuncu dəfə 27 Yanvar 2017-ci il tarixində Türkiyənin "BBB-" olan reytinqini "BB+"a salmış, "Mənfi" olan proqnozunu isə "sabit"ə dəyişdirmişdi.