"Fitch" beynəlxalq reytinq agentliyi "PAŞA Bank" ASC-nin emitentin uzunmüddətli defolt reytinqini "BB-" səviyyəsində təsdiq edib.
Agentliyin yaydığı məlumatda deyilir ki, bankın dayanıqlılıq reytinqi isə "b+" səviyyəsində təsdiq edilib. Proqnoz isə "neqativ"dir.
Agentliyin yaydığı məlumatda qeyd olunur ki, "PAŞA Bank" sistem əhəmiyyətli bank olduğu üçün ehtiyac yarandığı halda hökumətdən dəstək alır: “Dayanıqlılıq reytinqinin təsdiq olunması bankın kapitallaşma səviyyəsinin güclü, likvidliyinin isə kifayət qədər olduğunu göstərir. Proqnozun mənfi olması birbaşa suveren reytinqlə bağlıdır. Belə ki, suveren reytinq aşağı salındığı təqdirdə bankın defolt reytinqi də aşağı salına bilər. Əksinə, suveren üçün proqnozun stabil saxlanıldığı təqdirdə, banka qarşı da eyni addım atıla bilər. Bundan başqa, bankların defolt reytinqinə olan təzyiq hökumətin və səhmdarların banka olan dəstəyinin zəifləməsinə səbəb ola bilər. buna baxmayaraq. "Fitch"in mütəxəssisləri yaxın müddətdə belə bir şeyin baş verəcəyinə inanmır".
Apa.az©