Beynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings, mənfi gəlirliliyi olan ölkə istiqrazları üzrə borcların 9,7 trilyon ABŞ dollarına çatdığını açıqlayıb.
Agentliyin açıqlamasına görə, Avropa Mərkəzi Bankının aylıq istiqraz alışı miqdarını azaltmaq planına baxmayaraq neqativ gəlirliliyi olan ölkə istiqrazları üzrə borclar 4 Dekabr 2017-ci il tarixində 9,7 trilyon ABŞ dollarına çatıb.
Ötən ilin eyni dövründə borc 9,3 trilyon dollar səviyyəsində idi.
Avro Bölgəsinin ümumi daxili məhsul (ÜDM) artımının 2017-ci ildə gözləntiləri keçdiyi, böyümə təkanının 2018-ci ildə davam etməsinin gözlənildiyi qeyd edilib.
Avro Bölgəsindəki inkişafın təzahürü olaraq Avropa Mərkəzi Bankının aylıq aktiv (istiqraz) alışı proqramını 2018-ci ilin yanvar ayında 30 milyard dollar səviyyəsinə endirməyi planlaşdırdığı xatırladılıb.
Açıqlamada, Avro Zonasında iqtisadi artımın bu ilin sonunda 2,3 faiz, gələn ilin sonunda isə 2,2 faiz səviyyəsinə olacağının nəzərdə tutulduğu ifadə edilib.
Buna baxmayaraq, bu vəziyyətin istiqraz almış investorlara ciddi gəlir artımı təmin etmədiyi vurğulanıb.
Qeyd edək ki, investrlar neqativ gəlirliliyi olan istiqrazların qiymət artımından qazanırdılar. Mərkəzi bankların istiqraz alışı proqramını azaltmaları istiqraz qiymətlərinin düşməsinə səbəb ola bilər.