Azərbaycanın 2018-ci il və növbəti illərdə dövlət büdcəsi kəsirsiz ola bilər.
FED.az-ın məlumatına görə, bunu "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin inkişaf etməkdə olan Avropa ölkələrinin suveren reytinqi üzrə direktoru Ameli Ru deyib.
O qeyd edib ki, 2017-ci ildə Azərbaycanın dövlət büdcəsinin kəsiri kifayət qədər aşağı idi:
"Bu da 2018-ci il və növbəti illərdə büdcənin kəsirsiz icrasını proqnozlaşdırmağa imkan verir".