Aqrar sahənin inkişafı üçün ölkədə fermer və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılması vacibdir.
FED.az xəbər verir ki, bu sözləri mayın 24-də Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin sahibkarlarla görüşündə xidmət rəisi Mirzə Əliyev deyib.
Xidmət rəisi qeyd edib ki, kreditlərin verilməsində şəffaflığı təmin etmək, aqrar sahə üçün kreditləri daha əlçatan etmək qarşıda duran vəzifələrdən biridir.
Vurğulanıb ki, ilin sonunadək dövlət xidməti tərəfindən fermerlərə minimum 1000 manat, maksimum isə 200 min manat kredit verilməsi nəzərdə tutulur. Gələcəkdə daha böyük həcmdə kreditlərin verilməsi də planlaşdırılır.