ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) növbəti iclasını keçirib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərkəzi bank funksiyasını yerinə yetirən FED uçot dərəcəsini 2,25-2,5 faiz dərəcəsində saxlayıb.
Bankın bəyanatında sabitliyi qlobal iqtisadi və maliyyə hadisələri, inflyasiya təzyiqi təhlükəsi səbəbindən sabit saxlamaq qərarına gəldikləri bildirilir.