Xəbər verdiyimiz kimi, Mərkəzi Bankının İdarə Heyətinin 28 Oktyabr 2022-ci il atixli qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8%-ə, faiz dəhlizinin aşağı həddi isə 1.00 faiz bəndi artırılaraq 5%-ə qaldırılmış, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılmışdır.
Eləcə də bax: Taleh Kazımov Mərkəzi Bankın qərarının səbəblərini açıqlayır– YENİLƏNİR
FED.az xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov Tvitter səhifəsindən faizlərin artırılması qərarının məqsədlərini açıqlayıb.
"İnflyasiya təzyiqlərinin artdığı şəraitdə məcmu tələbin izafi genişlənməsinə yol verilməməsi və milli valyutada yığımların dəstəklənməsi üçün uçot dərəcəsinin və faiz dəhlizinin aşağı həddinin qaldırılması ilə bağlı qərar qəbul olunmuşdur", - Mərkəzi Bankın sədri bildirib.
Taleh Kazımov qeyd edib ki, pul siyasətinin yeni əməliyyat çərçivəsinin maliyyə sektorunda qısa və uzunmüddətli faizlərə təsir imkanlarından asılı olaraq faiz dəhlizinin eninin bundan sonra da daraldılması nəzərdən keçiriləcəkdir.
Qısası, Mərkəzi Bankın faizlərini artırması banklarda əmanət faizlərinin daha da artmasına səbəb ola bilər.