Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8%-ə, faiz dəhlizinin aşağı həddi isə 1 faiz artırılaraq 5%-ə qaldırılmış, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılmışdır.
Eləcə də bax: Təcili: Mərkəzi Bank faiz qərarını açıqladı - FAİZ DƏRƏCƏSİ ARTIRILDI
«Bu ilk növbədə tədiyyə balansının cari əməliyyatlar hissəsi ilə bağlıdır. Belə ki, xarici ticarətin profisiti keçən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə artıb, həmçinin qeyri-neft ixracı da artır – bu dövrdə biz 17% artım görürük.
AMB rəhbəri bildirib ki, qlobal enerji daşıyıcılarının qiymətini yüksək olması və bu ilin sonu və gələn illə bağlı proqnozlar da bu qərara təsir edib. Belə ki bu ilin sonuna neftin qiymətinin 98 dollar, gələn il isə 85 dollar olması gözlənilir.
Bu da deməyə imkan verirki, bizim tədiyə balansımız gələn ilə də profisitdə olacaq.